Paltarı ütüləməliyikmi?

Bu sualın cavabını dəqiqləşdirməyə çalışàq. Əlbəttə ki, bəli. Paltarlarımızı ütüləmək onlara xoş görünüş və fərahlıq verir. Eyni zamanda paltarımızda ola biləcək mikrobları, gənələri, bakteriyaları öldürür. Əsasən alt paltarlarını və uşaq paltarlarını yüksək dərəcədə ütüləmək lazımdır.Düzgün ütü qaydası isə paltarın üzərindəki dərəcə göstəricisinə diqqət etməkdir. Əks halda paltar yana bilər və ya yığıla bilər. Hətta bəzi köynəkləri göstərilən dərəcədə ütüləsəniz belə, onun qırışı açılmır və ya yenidən qırışır. Bu da köynəyin materialından irəli gəlir.