Zamşa ayaqqabıya qulluq

Zamşa ayaqqabılar çox diqqət və qulluq tələb edirlər. Birincisi odur ki, yağışlı havada zamşa ayaqqabı geyinməyin. Ikincisi odur ki, əgər bütün günü yorulacağınız işin arxasınca gedəcəksinizsə, geyinmək üçün zamşa ayaqqabını seçməyin, çünki günün çətinliyindən o öz incə görünüşünü itirə bilir. Üçüncüsü, toz və ləkəni təmizləmək üçün fırça almalısınız. Dördüncüsü, əgər yolda ikən ayaqqabınız çirklənərsə, şotka və ya flanel parça ilə silin. Beşincisi, ayaqqabınız islanıbsa, əvvəl otaq tempraturunda tam qurudun, sonra təmizləyin. Bütün bunlardan sonra yenə də zamşa ayaqqabınızın görünüşü sizi qane etmədisə, gətirin CLEANARTın mütəxəssisi ayaqqabınızı əvvəlki vəziyyətinə qaytarsın.